Biographies de Kazak

1991-ci il Berlin divarının yıxılmasından 2 il sonra,Sovet Blokadası tamamilə parçalanmışdır.SSRİ-nin kiçik respublikası sayılan Azərbaycan Moskva orqanlarının əsarətindən azad olaraq öz müstəqilliyini əldə etmişdir.Qazax qrupunun hekayəsi birbaşa məhz bu ölkənin taleyi,Qafqaz və Fransa mədəniyyətinin kəsişməsi haqqında qurulmuşdur.


Fred Qazaxbəyli- qrup ifaçısı,Fransada doğulmuşdur.Atası İlyas Azərbaycanın Gəncə şəhərindəndir.İkinci Dünya Müharibəsi ərəfəsində,almanlar tərəfindən əsir götürülməmişdən əvvəl o,Sovet Ordusunda döyüşmüşdür.O,qaçaraq Grenobl şəhərinə qaçqın kimi yerləşmişdir.Müharibənin sonunda orada fransız bir qadınla evlənərək,azəri əsilli ailənin təməlini qoymuşdur.O,öz çoxdanki arzusu olan vətənə qayıtmaq istəyini həyata keçirmədən vəfat etmişdir.Həyat yoldaşına və uşaqlarına yalnız ailəsindən qalmış Gəncə ətrafındakı şəkilləri yadigar qoymuşdur.


Frederik- Filip Fonteynlə taniş olduqdan sonra musiqi və mövzulara tərcümə etməyə cəhd göstərmişdir.Həmin bəstəkar və oranjimançı bu hekayədən Azərbaycan və onun istiqanli,sadə insanlarından,adət-ənənə və musiqisindən heyran olmuşdur.


Qazax qrupu yarandı və Grenobl-Bakə səyahətlərindən qidalanırdı çünki,öz mənşəyini unutmamaq vacibdir.Frederik Qazaxbəyli və Filip Fonteynin seçdiyi mahnı məhz hər iki ölkə arasında əlaqənin birləşməsinə yönəlmişdir.Bu nəsr hisslərə,həyat səhnələrinə,yaşanmış hekayələrə toxunur.Bu musiqi səyahətində,Fransız musiqisinin Qarabağ poeziyası ilə qovuşduğu bir məkanda tamaşaçılar gözləri yumulu halda şərq aləti sayılan udun sədasına ovsunlanmışdılar.


Qazax :


Filip Fonteyn - gitara,ud

         Frederik Qazaxbəyli – ifaçı

         Məleykə Obri - ifaçı

         Liliyan Palomas – bəmdə






Filip - “Azərbaycan milli musiqisini eşitdikdə,

bu mənə irsimizin qədim melodiyalarını xatırlatdı.

Bu oxşar nöqtə Qazax qrupunun nəğmələrinin qəlbi sayılır”.











Frederik Qazaxbəyli - “Şəxsi təcrübəmdən danışıramki,

hər iki ölkənin mədəniyyətinə sahib olmaq güc-qüvvə

və zənginliyə gətirib çıxarır”.











Məleykə - “Mənimçün qrupda yer almaq böyük

səyahət və kəşf deməkdir.Bu məni öz mənşəyimə daha

da yaxınlaşdırır və musiqinin digər tərəflərinə aydınlıq gətirir”.










Liliyan - “Belə bir təcrübə yaşadığıma görə çox xoşbəxtəm.

Bu böyük orijinallığa mənsub olan sərbəst musiqidir.

İlk öncə zərifliklə ifa etmək və digər musiqiləri dinləmək

gərəkdir.Bu mövzuda özümü yaxşi hiss edirəm”.